- ŞəhərBakı
- Yaşminimum 23 yaş
- TəhsilAli
- İş təcrübəsi3 ildən 5 ilə qədər
- Elanın tarixiDekabr 02, 2025
- Bitmə tarixiYanvar 01, 2026
- Telefon
- E-mail
Ali iqtisadi və ya biznes təhsil;
Peşəkar mühasib sertifikatı (PMS) və ya maliyyə menecmenti və ya uçot sahəsində beynəlxalq sertifikat və ya diplomlara malik olmaq;
Bioloji aktivləri olan şirkətlərdə maliyyə menecmenti və ya uçot sahəsində ən azı 5 il təcrübə;
Maliyyə meneceri və ya baş mühasib vəzifəsində ən azı 3 il iş təcrübəsi;
Liderlik bacarıqları;
Analitiklik bacarıqları;
Qarşısına qoyduğu məqsədə çatmaq qabiliyyəti;
Dəqiq planlaşma və ciddi nəzarət etmək qabiliyyəti;
Qeyri-standart qərarlar qəbuletmə bacarığı;
Başqalarına rəhbərlik etmə qabiliyyəti;
MS Excel və 1C proqramlarında mükəmməl işləmə bacarıqları və təcrübəsi.
İşəgötürən:
Regionda yerləşən ətlik və südlük heyvandarlıq kompleksi
İş yeri:
Bakı şəhəri (həftədə ən azı 1 dəfə kompleksə səfər)
Ünvan: AZ1069, Azərbaycan Respublikası, Bakı, 1-ci Cıdır döngəsi, ev 9
Əməyin ödənişi:
Razılaşma yolu ilə
Diqqət: Xahiş olunur ki, meyarlara cavab verməyən iddiaçılar müraciət etməsinlər. Meyarlara uyğun olmayan iddiaçıların CV-lərinə baxılmayacaq və geri dönüş edilməyəcəkdir.
Əsas vəzifələri
Şirkətin maliyyə menecmenti üzrə siyasət və qaydalarının, onlara əlavə və dəyişiklərin layihələrinin hazırlanması;
Şirkətdə maliyyə menecmenti sistemlərinin təkmilləşdirilməsi;
Şirkətin büdcəsinin hazırlanması və icrasına nəzarətin təmin olunması;
Şirkətin məhsullarının maya dəyərinin hesablanması və ona nəzarət edilməsi;
Şirkətin fəaliyyətinin tam olaraq, gündəlik əsasda uçotda düzgün və vaxtında əks edilməsinin təmin olunması;
Şirkətin xərclərinə və pul axınlarına nəzarətin təmin edilməsi;
Şirkətdə qurulmuş ERP-nin tətbiqinə yardım edilməsi:
Şirkətin hesabatlıq işinin qurulması, dövlət orqanlarına, menecmentə və təsisçilərə vaxtında və düzgün hesabatların verilməsi;
Yeni layihələrin maliyyə əsaslandırılmasının hazırlanması;
Şirkətin likvidliyinin səmərəli idarə edilməsi;
Şirkətə investisiyaların cəlb edilməsi və onlardan səmərəli istifadəyə nəzarəti təşkil edilməsi;
Şirkətin rəhbərinin maliyyə menecmenti sahəsində ona həvalə etdiyi layihələrin və işlərin icra edilməsi.